Hindistanı leysan yudu apardı - 569 ÖLÜ

Hindistanda leysan yağışlar 569 nəfərin ölümünə səbəb olub.

 

APA TV-nin məlumatına görə, bu barədə Hindistan Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilir.

 

Leysan yağışların yol açdığı daşqın və torpaq sürüşmələri səbəbindən son ay ərzində 569 nəfər həyatını itirib.

 

Meteoroloqlar yağışların davam edəcəyi barədə xəbərdarlıq edir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR