46 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlandı - BAKIDA
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə zamanı 1972-ci il təvəllüdlü Zərbəliyev Elnur Mahmudoviç bıçaqlanıb.
Yaralı təcili 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
E.Zərbəliyevin özünün bildirdiyinə görə, ona bıçaq xəsarəti yetirən şəxsi əvvəllər tanımayıb və taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü olub. Onların nalayiq ifadələrə görə mübahisə etdiyi deyilir.
Qanlı hadisənin təfərrüatlarını Qaradağ polisi araşdırır. Həmin taksi sürücüsü polis tərəfindən saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:50
1031
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1089
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1057
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
995
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
1000
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
998