Cəlilabadda evlərdən oğurluq edən rayon sakini saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki iki evdən oğurluq edən şəxs saxlanılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Cəlilabad şəhər sakini Əlxas Məmmədov Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən ona məxsus yaşayış evindən təxminən 2 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Aparılan araşdırmalarla onun Cəlilabad rayon sakini Ruslan Əsədov olduğu müəyyən edilib. R.Əsədovun ətrafında həyata keçirilən əməliyyat tədbirləri zamanı şəhər ərazisindəki digər bir yaşayış evindən də 600 manat dəyərində məişət əşyalarını oğurladığı üzə çıxıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR