Kürdəmirdə toy gedən şadlıq sarayında oğurluq - 4700 MANAT APARILDI
Kürdəmirdə şadlıq sarayından oğurluq edilib. APA TV-nin məlumatına görə, hadisə zamanı qonaqların toya yazdırdıqları pullar oğurlanıb.
Bu barədə Kürdəmir rayonunun Mollakənd kənd sakini İsayev Coşqun Qərib oğlu Kürdəmir RPŞ-yə müraciət edib və bildirib ki, 28 iyul 2018-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən şadlıq sarayında toy məclisi zamanı ona məxsus 4700 manat pul naməlum şəxslər tərəfindən şadlıq sarayının ikinci mərtəbəsindəki foyedə pul qutusundan oğurlanıb.
Aparılmış araşdırma zamanı müəyyən edilib ki, oğurluğu Kürdəmir rayonunun Qağacılı kənd sakinləri, 1994-cü il təvəllüdlü Mazanov Tərlan Tağı oğlu və 1997-ci il təvəllüdlü Bəşirzadə Ruhan Bəşir oğlu törədib. İşi araşdıran müstəntiq Rafiq Qarayevin sözlərinə görə, onlar həmin şadlıq sarayında ofisiant işləyirmiş.
"Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən “Nicat Plaza” şadlıq sarayında keçirilən toy məclisi zamanı şadlıq sarayının ikinci mərtəbəsində yerləşən zalın foyesindəki pul qutusunun arxa hissəsini açıb oradan içində ümumilikdə 4700 manat pul olan 18 ədəd zərfi gizli talama yolu ilə oğurlamışdırlar".
Faktla əlaqədar şöbənin İstintaq bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."