Şabranda başlayan güclü yanğın söndürüldü - ƏRAZİDƏ NEFT QUYULARI OLUB
Şabran rayonunun Çıraqqala kəndinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yanğının yenidən baş verməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ərazidə xidmət aparır. Kənd sakinləri yanğın ərazisində neft quyularının olduğunu bildiriblər: "Evlərə, kəndlərə yaxındır, burda neft quyuları var. Ona görə təhlükə böyük idi. Yenə sağ olsunlar kənd sakinləri də, yanğınsöndürənlər də yanğının qarşısı alındı. Əgər asfaltdan aşağı keçsəydi, tamam evlər yanacaqdı. Hamı da bir oldu kənd sakinləri, FHN-in işçiləri, yanğın söndürüldü. Aşağı keçsəydi, bir o qalırdı sənədlərimizi alıb evdən çıxaq".
Qeyd edək ki, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd "Mi-17" helikopteri cəlb olunub.
Siyəzən rayonu, Altıağac Milli Parkı ərazisində başlayan yanğın isə davam edir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."