İmişlidə traktor avtomobillə toqquşdu - SƏRNİŞİN ÖLDÜ
İmişlidə ağır qəza - 1 ÖLÜ, 3 YARALI
İmişlidə ölümlə nəticələnən yol qəzası olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Savalan Bayramovun idarə etdiyi "MTZ-80" markalı traktor, Saatlı sakini, 1952-ci il təvəllüdlü Eldar Hüseynovun idarə etdiyi "VAZ" markalı 10 CT 219 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Minik avtomobilində olan sərnişin, 1956-cı il təvəllüdlü Məlahət Allahverdiyeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Bundan başqa, minik avtomobilinin sürücüsü və maşında olan digər sərnişinlər - 1979-cu il təvəllüdlü Samirə Vəliyevaya, 1991-ci il təvəllüdlü Babək Allahverdiyevə, həmçinin traktorun sürücüsünə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."