ABŞ-dan Türkiyəyə hədə: "Keşişi buraxın, əks halda..."
Mayk Pens: "Türkiyəyə sanksiyalar tətbiq etməyə hazırıq"
Ankara ilə Vaşinqton arasında rahib böhranı böyüməkdə davam edir.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ vitse-prezidenti Mayk Pens öz "Twitter" hesabından etdiyi paylaşımda "Rahib Brunson tam sərbəst buraxılana qədər Türkiyəyə sanksiyalar tətbiq etməyə hazırıq" - deyə qeyd edib.
O, həmçinin əlavə edib ki, rahib Brunsonun saxlanması Ağ Evi qane etmir.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ dövlət katibi Mayk Pompeo, daha sonra isə Donald Tramp Türkiyə tərəfindən rahib Brunsonun azad olunmasını tələb edib.
Qeyd edək ki, Türkiyə hökuməti 2016-cı ildə ABŞ-dan olan rahib Endryu Brunsonu FETÖ terror təşkilatı ilə əlaqələrinə görə həbs edib və bir müddət öncə onun ev dustağı kimi saxlanılması barədə qərar verib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."