İsrail 90 türkü Qüdsə buraxmadı - AEROPORTDA SAXLANDILAR
İsrail polisi hava limanında saxladığı türklərdən 15 nəfərini ölkəsinə qaytarıb
İsrail Qüdsə səfərə gələn 90 Türkiyə vətəndaşını ölkəyə buraxmayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail polisi onların vizasının olmadığını bəhanə edərək ölkəyə girişlərinin qadağan olunduğunu qeyd edib.
"Sıla Tur" agentliyindən Təl-Əvivin Ben Qurion hava limanında saxlanan türklər barədə verilən açıqlamaya görə isə İsrailin İstanbuldakı baş konsulluğundan hər bir Türkiyə vətəndaşı üçün viza alınıb.
"Qüdsə turist gətirən tur firmaları üçün İsrail hökuməti adambaşına viza vermir. Konsulluğun verdiyi sənəd bütün turistlər üçün keçərlidir. Biz də öz müştərilərimizə İvrit dilində viza sənədləri almışıq. Amma heç bir turistimizi ölkəyə buraxmadılar" - deyə, açıqlamada qeyd olunur.
Buna baxmyaraq türkiyəli turistlərin 15-i artıq ölkəsinə qaytarılıb və qalan sərnişinlərin geriyə qaytarılması üçün tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."