"Mercedes" körpüdən çaya aşıb
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 27 yaşlı Qeybullayev Cümşüd Əjdər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Qağacuq çayının üzərindəki körpüdən çaya düşüb.
Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Xaçmaz şəhəri ərazində daha bir yol nəqliyyat hadisəsi baş verib. “VAZ-2107” markalı avtomobillə “Lada Priora” markalı maşın toqquşub. Bu qəzada xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:42
202
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2041
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2039
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1917
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1361
Niderlanda yeni səfir təyin edildi
18:28
1211