Qaxda narkotik əkib-becərən keçmiş məhkum tutuldu
39 kq çətənə kolu aşkar edilib
Qaxda narkotik bitkilər becərən keçmiş məhkum həbs edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları Almalı kənd sakini, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayan Bəşarət Hacı oğlu Daşdəmirov kəndin inzibati ərazisindəki meşə zolağında narkotik tərkibli bitkilər əkib-becərib.
Ərazidən hal şahidlərinin iştirakı ilə kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 39 kiloqrama yaxın, hündürlüyü 114-178 sm olan 145 ədəd narkotik tərkibli çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
1030
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1088
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1056
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
995
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
1000
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
998