ABŞ-la Çin arasındakı "ticarət müharibəsi" nefti ucuzlaşdırır - DİGƏR SƏBƏBLƏR DƏ VAR
Bu ay "qara qızıl"ın qiyməti 7 faiz ucuzlaşıb
"Brent" markalı neft yeni həftəyə bahalaşma ilə başlayıb.
APA TV-nin məlumatına görə, bu markadan olan neftin bir bareli səhər saatlarında 74,36 dollardan 74,92 dollara qədər bahalaşıb. Qərbi Texas neftinin qiymətində isə dəyişiklik olmayıb. WTI markasının bir bareli 68,98 dollardan satılır.
Baş verənlərə əsas səbəb ötən həftə ABŞ-da fəal neft quyularının sayının artmasıdır. Proses onsuz da rekord səviyyədə istehsal olunan qaya neftinin daha da artacağı barədə fikir formalaşdırır və bu, qiymətləri ucuzlaşdırır.
ABŞ-la Çin arasında "ticarət müharibəsi" beynəlxalq iqtisadiyyata mənfi təsir etdiyinə görə, neftə tələbatın azalacağı ehtimalı bu ay "qara qızıl"ın qiymətini 7 faiz ucuzlaşdırıb.
İranın neft ixracına ABŞ tərəfindən sanksiyaların tətbiq olunması və nəticədə yaranacaq neft kəsirinin aradan qaldırılması üçün OPEC ölkələrinin istehsalı nə qədər artıracağı məsələsi də qiymətlərə təsir göstərib. Buna görə cari ayda qiymətlər stabilləşməyib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."