Türkiyə Rusiyanın liderlik etdiyi təşkilata üzv olacaq - ƏRDOĞANDAN AÇIQLAMALAR
Türkiyə prezidenti: "Putinlə danışmışıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin BRICS-ə üzv ola biləcəyini açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident bu məsələni BRICS-in Cənubi Afrika Respublikasında (CAR) keçirilən toplantısında gündəmə gətirdiyini və müsbət rəy aldığını deyib: "Vladimir Putinlə də bu məsələni hərtərəfli müzakirə etmişik. Ticarət, enerji, nüvə enerjisi, turizm barədə fikir mübadiləsi apardıq. Ən çox üzərində dayandığım məsələ isə milli və yerli pul məsələsi idi. Çin prezidenti ilə də bu barədə danışmışdıq. CAR lideri ilə də razılaşmışıq. Hindistanın baş naziri də bu məsələni müsbət qarşıladı. Bu valyuta ilə turistlər təşkilata üzv ölkələrdə rahat ticarət edə bilər".
Türkiyə prezidenti BRICS-ə üzv ola biləcəklərini vurğulayıb: "BRICS Rusiya, Hindistan, CAR və Braziliyanın da üzv olduğu ticari təşkilatdır. Biz təşkilatın sıralarını genişləndirmək üçün onlara müraciət etdik, müsbət qarşıladılar. Xüsusilə də Çin lideri təklifimizə isti yanaşdı. Onlar başqa ölkələri də təşkilata üzv etmək istəyir. Ciddi addımlar atsaq Türkiyə bu təşkilata üzv ola bilər".
"Çinlə əlaqələri daha da genişləndirmək istəyirik" - deyə açıqlama verən Türkiyə prezidenti gələcəkdə çinli turistlərin ölkələrinə daha çox gəlməsində maraqlı olduqlarını deyib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."