ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarında ölü sayı artıb

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 7 nəfər itkin düşüb.

 

APA TV-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

 

Kaliforniya ştatının Şasta dairəsində alov 500 yaşayış evini məhv edib, 75 evə ziyan vurub. Ümumilikdə yanğın 19,5 min hektar sahəni əhatə edib, ətraf ərazilərdən 38 min insan təxliyyə olunub.

 

Təbii fəlakətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR