Zaqatalada keçmiş məhkum mənzilindən ölmüş vəziyyətdə tapıldı
Zaqatalada mənzildən 51 yaşlı kişinin meyiti tapılıb. APA TV-nin məlumatına görə, iyulun 29-da günorta saatlarında Zaqatala şəhər sakini, 1967-ci il təvəllüdlü Şabanov Canpolad Bəhram oğlunun meyiti yaşadığı Vidadı küçəsindəki mənzildə aşkar edilib.
C.Şabanovun ölüm səbəbini dəqiqləşdirmək üçün meyiti müayinə edilməsi üçün məhkəmə tibb ekspertizasına göndərilib. İlkin araşdırma zamanı mənzildə tək yaşayan C.Şabanovun 3-4 gün əvvəl öldüyü məlum olub.
Qeyd edək ki, C.Şabanov əvvəllər qəsdən adam öldürməyə görə həbs edilib. Lakin C.Şabanov həmin illər əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhərində Ruhi Əsəb Xəstəlikləri Dispanserində uzun müddət müalicə aldıqdan sonra evə buraxılıb, barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."