Valideynlərinin nəzarətsiz qoyduğu 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb – SALYANDA
Salyanda nəzarətsiz qalan 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Salyanın Qalalı yaşayış massivində qeydə alınıb.
2016-cı il təvəllüdlü Ayxan Məmmədli 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan azyaşlı Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Məlumata görə, Ayxan ailəsi ilə birlikdə Bakıya getməyə hazırlaşırmış. Valideynlərinin başı qarışdığından nəzarətsiz qalan uşaq eyvandakı divanın üstünə çıxıb və əllərini pəncərədəki qoruyucu tora söykəyib. Elə bu vaxt qoruyucu tor ağırlığa tab gətirməyərək yerindən çıxıb. Şahidlərin sözlərinə görə, uşaq əvvəlcə yaşayış binasının həyətindəki ağacın üzərinə, oradan isə yerə düşüb. İlkin tibbi yardım göstərilən uşaq vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."