Atasını və ögey anasını maşınla əzib keçdi - AĞCABƏDİDƏ DƏHŞƏTLİ QƏTL

Ağcabədidə qətl törədilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub, könüllü olaraq polisə gəlib.

 

M.Baxşəliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D.Baxşəliyevanın vəziyyəti orta-ağırdır.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR