Zaqatalada bir həftə əvvəl itkin düşən çobanın meyiti tapıldı
Zaqatalada yüksək dağlıq ərazidəki yaylaqda itkin düşən çobanın meyiti tapılıb.
APA TV-nin məlumatına görə, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində, rayonun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları tərəfindən aşkarlanıb.
Bu gün günorta saatlarında mürəkkəb relyefli yüksək dağ massivindən endirilərək rayon mərkəzinə gətirilən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsində müayinə olunduqdan sonra dəfn edilmək üçün ailəsinə təhvil verilib.
Qeyd edək ki, yüksək dağlıq ərazidə yaylaqda çobanlıq edən rayonun Muxax kənd sakini, 36 yaşlı Qurban İbrahimov iyulun 21-dən itkin düşüb. İyulun 25-dən onun axtarışlarına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, eləcədə Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları və bir qrup Muxax kənd sakini cəlb olunub. Axtarışlar nəticəsində Qurban İbrahimovun meyiti iyulun 26-da 350 metr dərinliyi olan dərədə aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə baş verən gün Qurban İbrahimovun olduğu yüksək dağlıq ərazidə qeyri-sabit hava şəraiti hökm sürüb, əraziyə leysan yağıb və güclü dolu düşüb. Qurban İbrahimov qoyun otaran yaylaqdan çörək və digər qida götürmək üçün yaxınlıqdakı binəyə gedən zaman qayadan yüksək dərinlikli dərəyə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."