Astarada evə maskalı basqın: qadını döyüb pullarını oğurladı

Astarada evə maskalı basqın olub. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

 

Axşam saatlarında kənd sakini Bəhriyə Mirzəyevanın evinə daxil olan maskalı naməlum şəxs əlindəki bıçaq və mişarla ev sahibini hədələyərək ondan pul tələb edib. Daha sonra qadına yumruqla xəsarət yetirən naməlum şəxs evin həyətindəki avtomobildən 5000 rus rubl və 2000 manat pulu götürərək ərazidən uzaqlaşıb.

 

İsti izlərlə keçirilən əməliyyat zamanı hadisəni törədən rayon sakini Rövşən Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun evdən oğurladığı pullar və cinayəti törədərkən üzərində olan əşyalar maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR