Eşşəyi zebra kimi boyadılar, qalmaqal qopdu

Paytaxt Qahirədə zooparkdakı eşşəyin boya ilə zebraya çevrildiyini göstərən şəkil Misirdə səs-küyə səbəb olub.

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, kiçik qulaqları ilə diqqət çəkən heyvanın üzündə makyaj axmasına bənzər ləkələr də olub.

 

Mahmud Sarhan adlı bir tələbə tərəfindən çəkilərək "Facebook"da paylaşılan şəkildən sonra başlayan müzakirədə park işçiləri hadisəni təkzib etsə də, ekspertlər şəkildəki canlının zebraya bənzəməsinə şübhə ilə yanaşırlar.

 

Sosial mediada sürətlə yayılan şəkillə bağlı danışan Mahmud Sarhan qəfəsdə gördüyü iki heyvanın da boyandığını iddia edib.

 

Zooparkın meneceri Məhəmməd Sultan isə yerli radioya açıqlamasında iki heyvanın da saxta olmadığını iddia edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR