Kolumbiya mafiyası polis itinin başına pul qoydu

Kolumbiyada anti-narkotik əməliyyatlarında istifadə olunan itin başına mükafat qoyulub.

 

APA TV-nin xəbərinə görə, Kolumbiyanın ən böyük narkotik şəbəkələrindən olan Urabenos çox müvəffəqiyyətli əməliyyatlara imza atan Sombra (Kölgə) adlı iti öldürən şəxsə 64 min dollar verəcəyini açıqlayıb.

 

Kəşfiyyat qaynaqları isə şəbəkənin son əməliyyatda 10 tona yaxın kokain tutduran Sombranı öldürənə 70 min dollar vəd etdiyini söyləyirlər. Məhz buna görə də Sombra narkotik şəbəkəsini güclü olduğu bölgədən Boqata aeroportunda başqa işə keçirilib.

 

Urabenos narkotik şəbəkəsi daha əvvəllər ona zərər verən insanların başına mükafat qoyub. Amma Sombra üçün qoyulan ödülün çox olması köpəyin bu şəbəkəyə nə qədər ziyan verdiyini göstərir.

 

Qeyd edək ki, kiçik yaşlarından narkotik polisi tərəfindən xüsusi təlim keçilən Sombra bu günədək narkotiklə bağlı 245 nəfərin həbs edilməsinə səbəb olub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR