Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
ETSN-dən APA TV-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 31-35 dərəcə, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Abşeronun şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28 dərəcə isti təşkil edəcək.
Cənub (Türkan, Hövsan, Sahil, Şıx) çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."