Məhkəmə KTMT baş katibini zaminə buraxdı – 5 MİLYON QARŞILIĞINDA

Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.

 

APA TV-nin “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.

 

Zaminə buraxılma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

 

İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR