Əsrin ən uzun “Qanlı Ay” tutulması ölkəmizdə də müşahidə olundu
2018-ci ilin ikinci Ay tutulması qeydə alınıb. Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA TV-yə bildirib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24-də başlayıb, saat 00:22-də maksimumda həddə çatacaq və saat 02:19-da bitəcək.
Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yerqarşıdurması hadisəsi də baş verəcək. Yəni Mars planeti də bu müddətdə Yerə daha çox yaxınlaşmış olacaq.
Bu təbiət hadisəsini paytaxt ərazisində də rahat müşahidə etmək mümkün olub. Parklarda insanlar Ayın tutulması prosesini maraqla izləyib. Ən çox izdiham isə Dənizkənarı Milli park ərazisində quraşdırılmış teleskopların qarşısında yaşanıb. Rənginin qırmızıya çalmasına görə “Qanlı Ay” tutulması deyilən bu təbiət hadisəsi bu planetariumda dəqiqliklə müşahidə etmək daha rahat olduğundan burada yerli sakinlərlə yanaşı turistləri də görmək mümkün idi.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu ay tutulmasına “İlin Ay tutulması” adı da verilib. Bu da onun daha uzun vaxt ərzində müşahidə edilməsilə bağlıdır.
Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."