İrəvan məhkəməsi Robert Koçaryan barəsində həbs qərarı verdi – 2 AYLIQ
İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarıb.
APA TV-nin məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib. “Məhkəmə iki aylıq həbs qərarı verdi. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, - deyə R.Koçaryanın vəkili Aram Orbelyan bildirib.
İyulun 26-da R.Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan edib. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirilməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."