Dövlət Sərhəd Xidmətinin yeni sərhəd zastavası istifadəyə verilib
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daşkənd” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
APA TV-nin xəbərinə görə, yeni sərhəd zastavası kompleksinin açılışı münasibətilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını bildirib.
Tədbirdə iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıb.
Mərasimdə xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçulara mükafatlar təqdim olunub.
Rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib. Sərhəd zastavasını fasiləsiz enerji ilə təmin etmək məqsədilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən pilot layihə olaraq Azərbaycan istehsalı olan günəş elektrik stansiyası quraşdırılıb.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."