İsrail polisindən Məscidül-Əqsaya hücum: gözyaşardıcı qaz və səs bombası atdılar

İsrail polisi cümə namazından sonra Məscidül-Əqsaya hücum edib.

 

APA TV-nin Anadolu Agentliyinə istinadən məlumatına görə, İsrail nəzarətindəki Şərqi Qüdsün köhnə şəhər bölgəsində yerləşən Məscidül-Əqsa məscidinin qərb qapısında dayanan İsrail polisləri cümə namazından çıxan müsəlmanları gözyaşardıcı qaz və səs bombası ilə qarşılayıb.

 

Əl-Məğarib qapısının önündə toplanan fələstinlilər "Canımız, qanımız sənə fəda olsun, Ey Əqsa!" şüarları səsləndirib. Toqquşmada iki fələstinli yaralanıb.

 

Məscidül-Əqsanı boşaltmağa çalışan İsrail polisinə fələstinlilər hava fişəngləri ilə cavab verib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR