Astarada pay torpağında "narkotik bağı" salan şəxs tutuldu
Astarada pay torpağında "narkotik bağı" salan şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçiriblər.
Polis əməkdaşları tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Qəsəbə sakini Elnur Məmmədova məxsus pay torpağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış sahədə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 23 kiloqrama yaxın, hündürlüyü 90-130 sm olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."