Ermənistanda KTMT baş katibinə cinayət işi açıldı - HƏBS OLUNA BİLƏR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

 

APA TV-nin “News.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, ittiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

 

Müstəntiq İrəvan məhkəməsində Y.Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb.

 

Qeyd edək ki, Y.Xaçaturov 2008-2016-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin rəisi olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR