Yəmən ordusu ilə husilər arasında qanlı toqquşmalar: 15 əsgər və 25 üsyançı öldü

Yəmənin əl-Beyda şəhərində hökumət qüvvələri ilə husilər arasında baş verən toqquşmalarda 40 nəfər ölüb.

 

APA TV-nin "Anadolu" agentliyinə istinadən xəbərinə görə, Yəmən ordusu tərəfindən verilən açıqlamada bildirilir ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələrinin dəstəklədiyi hökumət qüvvələrinin Beydanın əl-Melacim bölgəsini husilərdən azad etmək üçün başlatdığı əməliyyat zamanı 15 əsgər və 25 husi həyatını itirib.

 

Hökumət qüvvələrinin bölgədə irəlilədiyi və husilərin təchizat yolu üzərindəki strateji bir nöqtədə olan Affar şəhərinə 18 km-ə qədər yaxınlaşdığı qeyd olunub. Husilərin yerləşdirdiyi minaların partlaması nəticəsində əsgərlər arasında yaralananlar olub, amma onların sayı haqqında heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, Beydada hökumət qüvvələri ilə husilər arasında həftələr öncə başlayan qarşıdurmalar davam edir. Hökumət qüvvələri bir çox istiqamətlərdən şəhərin mərkəzinə irəliləməyə çalışır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR