Abşeronda durğun və bürkülü hava şəraiti gözlənilir

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə məlumata görə, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37 dərəcə, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

 

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

 

Bölgələrdə iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR