Əsəd: "Rusiyaya uzun müddət ehtiyacımız olacaq"

Suriya prezidenti Bəşər Əsəd ölkədə Rusiya hərbi qüvvələrinə terrorla mübarizədən başqa digər sahələrdə də və uzun müddət ehtiyacları olduğunu bildirib.

 

APA TV-nin məlumatına görə, Əsəd "Rusiya hərbçiləri dünyada siyasi tarazlıq təmin olunana kimi Suriyada qalmalıdır" deyib.

 

Suriya prezidenti Rusiya ilə Hmeymim hərbi bazasına dair 40 ildən uzun sürəcək razılaşma imzalandığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında hazırkı əsas müzakirə Suriya vətəndaşlarının sürətlə ölkəyə qayıtmasıdır: "Qaçqınları, xüsusilə ölkəmizdə işləri olan suriyalıları geri dönməyə çağırırıq".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR