APA TV-nin "YouTube"dakı abunəçilərinin sayı 200 mini ötdü
"APA Holding"ə daxil olan APA TV-nin "YouTube" sosial şəbəkəsindəki kanalının abunəçilərinin sayı 200 min nəfəri ötüb.
APA TV-nin məlumatına görə, iyul ayının göstəricilərinə əsasən, Azərbaycandan olan kanallar arasında APA TV-nin “YouTube kanalı" 2-ci yerdədir.
Hazırda kanalı 200 000-dən çox abunəçi izləyir. Ümumilikdə yüklənən 33 910-dan çox videonun 185,5 milyondan çox baxış sayı var. Kanalda yer alan videoların maksimal baxış sayı 2,3 milyondur.
Qeyd edək ki, APA TV-nin “YouTube kanalı" 100 min abunəçi sayını keçdikdən sonra bu sosial şəbəkə tərəfindən "YouTube button" emblemini alıb.
Xatırladaq ki, APA TV 31 oktyabr 2012-ci ildə qeydiyyatdan keçib. “APA Servis” MMC-nin tərkibində fəaliyyət göstərən televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur. APA TV-də ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər təqdim olunur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."