İsveçdə meşə yanğınları bomba ilə söndürüldü

İsveçdə iki həftədir davam edən meşə yanğınları qeyri-adi üsulla söndürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, yanğınlara hava zərbələri ilə müdaxilə edilib.

 

İsveç hava qüvvələrinə məxsus "JAS-39" tipli hərbi təyyarələr Arvaden qəsəbəsi yaxınlığında yanğınsöndürən maşınların çata bilmədiyi ərazilərə 12 GBU-49 tipli bomba atıblar.

 

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 3 min metr hündürlükdə uçan təyyarələrin atdığı bombaların təsiri nəticəsində ərazidə olan oksigenin dərəcəsi minimuma enir. "Oksigensiz şəraitdə isə alov sönür" - deyə açıqlamada qeyd olunub.

 

İsveç hökuməti ilk sınaq uğurla yekunlaşdığı üçün növbəti yanğınlarda da bu üsuldan istifadə edəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, İsveçdəki yanğınlar nəticəsində 25 min hektar ərazidə meşə zolağı məhv olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR