Cənub bölgəsində ilk 700 bal toplayan: "Məktəbə qədəm qoyanda 2-ci sinfin dərslərini bilirdim"
Ötən illərdən fərqli olaraq, bu il maksimum nəticə toplayaraq universitetə qəbul olan abituriyentlərin sayı artıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin bu il təşkil etdiyi imtahanlarda 700 bal toplayan abituriyentlərdən biri də Masallı rayon sakini Fəyyaz Aslanlıdır.
Masallı rayonunun Gəyəçöl kəndində orta məktəbə gedən Fəyyaz Aslanlı 7-ci sinifdən təhsilini Lənkəranda davam etdirib. O, təhsildə qazandığı nailiyyətlərdə müəllim olan hər iki valideyninin zəhmətinin böyük olduğunu deyir:
"Hər iki valideynim müəllim olub deyə, ibtidai sinfə başlamazdan əvvəl atam və anam mənim üzərimdə riyaziyyat və ana dilini işləmişdilər. 1-ci sinfə gedəndə 2-cini bilirdim, 4-cü sinifdə isə artıq 6-nı tamamilə qurtarmışdım".
Fəyyaz ilk qəbul imtahanında 644 bal toplayıb, növbəti mərhələdə isə əzmi və çalışqanlığı sayəsində 125 sualı düzgün cavablandıraraq yüksək nəticə qazanıb. O, həm ailəsinə, həm də müəllimlərinə bu sevinci yaşatdığı üçün özünü şanslı hesab edir:
"Qürur hiss keçirirəm, çünki bu vaxta qədər cənub bölgəsində, Masallıda 700 bal toplayan yox idi".
Müəllimləri də hər zaman öz üzərində çalışan Fəyyazın biliyi və geniş dünyagörünüşünə görə həmişə uğur qazanacağına inanıb:
"Təkcə mən yox, bütün kənd əhalisinin təhsil aldığı Gəyəçöl məktəbinin pedaqoji kollektivi üçün bu gün bayramdır. 1-ci ona görə ki , 700 bal, 2-ci ona görə ki, bütün cənub bölgəsində ilk övladımızdır 700 bal toplayan".
Fəyyaz artıq təhsil alacağı sahəni seçib və Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."