Pakistanda parlament seçkiləri: müxalifət saxtakarlıqdan ehtiyat edir
Pakistanda parlament seçkiləri keçirilir.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkə üzrə 85 min məntəqədə səhər saatlarından seçkilər başlayıb. İlkin nəticələrə əsasən, müxalifət lideri İmran Xanın partiyası irəlidədir.
Seçkilər isə Pakistan Federal Məclisində 342 mandatdan 272-si uğrunda keçirilir. Hakimiyyətdə qalmaq üçün iqtidarda olan Pakistan Müsəlman Liqası partiyasına məclisdə 137 yer lazımdır.
Qeyd edək ki, Müsəlman Liqası və digər partiyalarda ilkin nəticələrə etirazlar başlayıb. "Pakistan Müsəlman Liqası" partiyasının sədri Şahbaz Şərif "partiya işçilərimizdən ölkənin müxtəlif yerlərindən etirazlar gəlir. Nəticələri onlara vermirlər. Səs sayılma otaqlarından çıxarılırlar, ya da içəri buraxılmırlar. Biz nəticələri rədd edirik" - deyə açıqlama verib.
Qeyd edək ki, Pakistanda terrorçuların seçki qərargahını parlatması nəticəsində səssayma sistemi dağılıb və səslər məntəqə işçiləri tərəfindən əllə sayılır. Seçkilər Pakistan Milli Məclisi ilə yanaşı, 4 əyalət məclisində yerlər uğrunda da keçirilir.
Xatırladaq ki, dünən Pakistanın Kvetta şəhərində seçki ərəfəsində partlayış olub. Nəticədə 22 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."