ABŞ-ın Çindəki səfirliyinə soxulmağa cəhd etdilər, partlayış oldu
Çinin paytaxtı Pekin şəhərində ABŞ səfirliyinin binası qarşısında partlayış baş verib.
APA TV-nin “Global Times”a istinadən verdiyi xəbərə görə, naməlum şəxs əldəqayırma partlayıcı qurğu ilə səfirlik binasına girməyə cəhd edib.
Partlayış nəticəsində həmin şəxs xəsarət alıb. Polis daha sonra bildirib ki, partlayan fişəng olub və nəticədə 26 yaşlı şəxs əlindən yaralanıb.
Hadisə yerindən bir az kənarda özünü yandırmaq istəyən bir qadın polislər tərəfindən saxlanılıb. Həmin qadının hadisə ilə əlaqəli olub-olmadığı aydınlaşdırılır.
Məlumata görə, partlayış nəticəsində səfirliyin heç bir əməkdaşı xəsarət almayıb.
OXŞAR XƏBƏRLƏR
19:50
1078
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1135
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1109
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
999
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
1005
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
1003