Havanın hərarəti 40 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36 dərəcə, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 27-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

 

Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR