Neft bahalaşdı - SƏBƏBLƏR
ABŞ-da xam neft və benzin ehtiyatlarının azalması və tankerlərə hücumlardan sonra Səudiyyə Ərəbistanının Bab Əl-Məndab boğazından keçidi müvəqqəti bağlaması ilə neftin qiymətləri bahalaşıb.
APA TV-nin məlumatına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 2015-ci ildən bu yana ən aşağı səviyyəyə enib, benzin ehtiyatları isə ardıcıl dörd həftədir geriləyib.
Yaxın Şərqdə isə Yəmənin husi üsyançıları Səudiyyə Ərəbistanının iki neft tankerinə hücum edib. Hücum zamanı yaralı və neft sızması olmayıb. Krallıq Qırmızı dənizi Ərəbistan dənizi ilə birləşdirən boğazın təhlükəsizlik məsələlərinə görə müvəqqəti bağlanmasına qərar verib.
Hazırda "Brent" markalı neftin bir bareli 74,24 dollara, Qərbi Texas nefti isə 69,28 dollara satılır.
OXŞAR XƏBƏRLƏR
19:50
1080
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1137
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1110
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
999
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
1006
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
1003