Astara sakininin evindən 6 kq tiryək götürüldü

Astarada 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

 

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Fariz Məmmədov 5 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq 25 qramdan artıq tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Fariz Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 5 bükümdə ümumi çəkisi 6 kiloqram narkotik vasitə olan tiryək, içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR