Qəzza zolağı İsrail əsgərləri tərəfindən atəşə tutulub - 3 FƏLƏSTİNLİ ÖLÜB

Qəzza zolağının sərhədində İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli ölüb. APA TV-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

 

Ötən axşam İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Atışma zamanı İsrail ordusunun zabiti yaralanıb.

 

Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR