Bakı-Sumqayıt yolunda "Mercedes"in vurduğu piyada dünyasını dəyişib
Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda piyadanı avtomobil vurub. APA TV-nin məlumatına görə, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlunu "Mercedes" markalı minik maşını vurub.
F.Abdullayev magistral yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən qarşı tərəfə keçmək istəyib. Bu vaxt Orxan Məmmədovun idarə etdiyi avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yol qəzasının təfərrüatlarını Abşeron polisi araşdırır. Sürücünün bildirdiyinə görə, piyada qəfil avtomobil yoluna daxil olub. Hazırda təfərrüatlar araşdırılır. Sürücünün ifadəsi də alınıb.
OXŞAR XƏBƏRLƏR
19:50
1078
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1136
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1109
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
999
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
1006
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
1003