Nabranda dənizdə 4 nəfər çimərkən batıb - 2 ANA VƏ 2 BALA

Xaçmaz rayonunda 4 nəfər dənizdə boğulub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat da daxil olub. Məlumatda bildirilib ki, Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralıda, nəzarətsiz ərazidə) 4 nəfər çimərkən boğulub. Bunlar Xaçmaz rayonun Palçıqoba kənd sakinləri - 1970-ci il təvəllüdlü Qocayeva Kamilə İkram qızı, onun qızı, 24 yaşlı Qocayeva Aysel Əfqan qızı, Dadaşova Ruhiyyə Eyvaz qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Dadaşov İkram Məmmədyar oğludur.

 

Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi K.Qocayevanın, R.Dadaşovanın və İ.Dadaşovun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR