Dayanacaqda avtobus gözləyən piyadaları maşın vurdu - AĞSUDA DƏHŞƏT
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir yolunda, Çiyni kəndinin avtobus dayanacağında qeydə alınıb.
Kürdəmir rayon sakini, 1961-ci il təvəllüdlü Xəlilov Hamlet Əlisəfa oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı dayanacaqda avtobus gözləyən Gəncə sakinləri - 1965-ci il təvəllüdlü Əliyev Edvard Fəxrəddin oğlunu və 1973-cü il təvəllüdlü Babayev Alim Nəsib oğlunu vurub. Nəticədə Alim Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Edvard Əliyev isə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
12:21
173
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1109
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1161
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1130
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
1002
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
1008