ATƏT Tovuzda monitorinq keçirdi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuşter keçirib.

 

Onlar monitorinqdən əvvəl Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşüblər. ATƏT nümayəndələrinə rayonun sərhəd kəndlərindəki vəziyyət barədə məlumat verilib. 


Daha sonra ATƏT nümayəndələri Tovuzun Ağdam kəndində monitorinq aparmaq üçün həmin əraziyə yol düşüblər. Məlumata görə, Ermənistan tərəfindən monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yovçi, Mixail Olaru və Saymon Tiller keçirib.

 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR