Sabirabadda 49 yaşlı kişini maşın vurub öldürdü

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Azadkənd kəndində gecə yarısı baş verib.

 

Rayonun Azadkənd kənd sakini, 1969-cu il təvəllüdlü Hikmət Qüdrət oğlu Məmmədov yolu keçərkən mebel daşıyan “Mercedes” markalı yük avtomobili tərəfindən vurulub. Kəllə-beyin travması alan piyada Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan H.Məmmədov səhər saat 4.50-də xəstəxananın reanimasiya şöbəsində keçinib.

 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR