Elmar Vəliyevə sui-qəsd edənlərdən biri məhv edildi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

 

APA TV-nin məlumatına görə, Yunis Səfərovla birlikdə icra başçısına qarşı sui-qəsd planı hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

 

Müəyyən olunub ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR