İsmayıllıda kişi meyiti tapıldı

İsmayıllı rayonunun Namazgah kəndi ərazisində naməlum kişi meyiti tapılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Namazgah kəndində yaşayan Atayev Elşad İkram oğlu və Babayev Elməddin Əfqan oğlu xırda buynuzlu heyvanları Namazgah və Bağəli kəndləri ərazisində otarmağa apararkən orada çürümüş insan cəsədi görüblər və bu barədə dərhal polis şöbəsinə məlumat veriblər. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları cəsədin olduğu yerə gəliblər.

 

Cəsədin kimə məxsus olduğu məlum deyil. Meyit İsmayıllı rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib. İlkin məlumata görə, cəsəd açıq havada qaldığına görə hissələrə bölünüb və tanınmaz vəziyyətə düşüb. Həmin insanın təxminən 2 il əvvəl öldüyü ehtimal edilir.

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR