Meral Akşenerdən şok qərar: partiya başqanlığına namizəd olmayacaq

Türkiyənin İYİ Partiyasının lideri Meral Akşener təşkilatın 12 avqustda keçiriləcək qurultayında sədr vəzifəsinə namizəd olmayacağını açıqlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə o, özünün  "Twitter" səhifəsində yazıb: "Dəyərli silahdaşlarım, qurultayımızda namizəd olmayacağım qətidir".

 

Akşener bu qərarını partiyanın yeni rəhbərliyə ehtiyacı olması, məhz bundan sonra daha böyük uğurlar əldə edəcəyi ilə əsaslandırıb.

 

O, həmçinin sədr vəzifəsinə namizədlərə uğurlar arzulamağı da unutmayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR