Suriyada bazar partladıldı: 38 ölü

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində terror aktı törədilib.

 

APA TV-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazarda özünü partladıb. 

 

Hadisə nəticəsində 38 nəfər ölüb, 30-dan çox adam xəsarət alıb.

 

Şəhər qubernatoru Əmir əl-Aşi bildirib ki, terrorçulardan ikisi zərərsizləşdirilib, biri isə saxlanılıb.

 

Bundan başqa, Duma kəndinin sakinləri terror törətmək istəyən 4 nəfəri öldürüb. Eləcə də Suriya ordusu İŞİD terrorçu qruplaşmasından iki terrorçu-kamikadzeni zərərsizləşdirə bilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR