Hadisənin anası intihara cəhd etdi

Məşhur türkiyəli müğənni Hadisənin anası intihara cəhd edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Hadisə və bacısı anaları barədə xəbər ala bilmədikləri üçün onun yaşadığı kompleksin təhlükəsizlik xidmətinə zəng ediblər. Polisin müdaxiləsindən sonra qapı açılıb və huşsuz halda aşkarlanan Gülnihal Açıqgöz xəstəxanaya aparılıb.

 

Bildirilir ki, Hadisənin anası yuxu dərmanı içib. O, intihardan öncə yazdığı məktubda “Mənimlə maraqlanmırsınız. Özümü pis hiss etdiyimi deyirəm, həkimə aparmırsınız. Aranızdakı pul məsələlərindən, davalarınızdan bezdim” - deyə qızlarından gileylənib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR